Assosiasiyanın 28 yanvar 2021-ci il tarixində saat 15:00-da Zoom vasitəsilə aşağıdakı mövzulara həsr olunmuş video konfraansı keçirilmişdir.
- Əsasən son zamanlar pomidor və alma məhsullarının ixracında yaranan problemlərdə, pestisidlərin və aqrokimyəvi maddələrin rolu;
- Qadağa olunan pestisidlərin siyahısına münasibət bildirmək;
- Qeydiyyat və təkrar qeydiyyat zamanı ortaya çıxan suallara cavab tapmaq;
- Respublika ərazisində pestisidlərin və aqrokimyəvi maddələrin satışını həyata keçirən mağazalarda monitorinqlərin keçirilmə qaydaları;
- Aqrokimyəvi maddələr və pestisidlər saxlanılan anbarların uyğunluğunun öyrənilməsi;
- Pestisidlərin istifadə vaxtının vegetasiya dövrünə uyğun gəlmədikdə təkrar laboratoriyada analiz və utilizasiya məsələlərinə baxılması.
Tədbir “Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası” ictimai birliyinin sədri Ə. Abdullayev,
Azərbaycan Qida Təhlukəsizliyi Agentliyinin sədr müşaviri C. Quliyev,
Azərbaycan Qida Təhlukəsizlyi Agentliyinin Bitki sağlamlığı şöbəsinin Bitki mühafizəsi vasitələri, gübrələr və pestisidlərin tənzimlənməsi sektorunun müdiri Ş. Lələşov
KTN- nin Bitkiçiliyin təşkili və monitoringi şöbəsinin müdiri C. Ağayev, və digər üzvləri arasında keçirilmişdir.